Yazını böyüt
Yazını kiçilt
2009-cu ildə dövlət qeydiyyatına alınan Aydınlar Partiyası fəaliyyətini dayandırıb. Bununla da Azərbaycanda özünü buraxan partiyaların sayı 15-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə partiyanın növbədənkənar qurultayında qərar qəbul olunub.
Partiyanın sədri Qulamhüseyn Əlibəyli buraxılmanın konkret səbəbini açıqlamayıb.