Fələstində küçələrdən birinə "Ermənistan" adı verilib.
Hafta.az Türkiyədə fəaliyyət göstərən Erməni Qətliamları ilə Mübarizə Cəmiyyətinin - ASİMDER-ə istinadən yazır ki, yeni adda küçənin açılış mərasimində Fələstin lideri Mahmud Abbas şəxsən iştirak edərək, xeyir-dua verib. Çıxış edən M.Abbas deyib ki, Ermənistan dövləti ilə Fələstin arasında əlaqələrin inkişafı onların strategiyasının bir hissəsidir. Çünki erməni xalqı ilə fələstinlilər arasında tarix boyu yaxşı münasibətlər olub və sair.
Tədbirdə erməni icmasının nümayəndələri də iştirak ediblər. İştirakçılar Ermənistan, eləcə də qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" dalğalandırıblar.
Qeyd edək ki, Fələstində, məhz prezident M.Abbasın iştirakı ilə daha əvvəllər açılmış erməni kilsəsi də məhz bu küçədə yerləşir.