Yazını böyüt
Yazını kiçilt
Gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.
Hafta.az-ın Portuqaliyada olan müxbirinin verdiyi məlumata görə, seçkilər 29-cu Avropa Gimnastika Konqresi çərçivəsində Portuqaliyanın Albufeyra şəhərində keçirilib.
Fərid Qayıbov hazırkı seçkilərdə yeganə namizəd olub və 45 səsdən 44-nü qazanıb.