Fərrux kəndində insan qalıqları aşkarlanıb - YENİLƏNİB

22:22 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

İnsan qalıqlarının Fərrux dağ uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbçilərimizdən və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.

*** 21:32

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Hafta.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.