FES uçot dərəcəsini qaldırıb

23:28 02.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 3,75-4%-ə çatdırıb.

Bu barədə hafta.az FES-in açıqlamasına istinadən xəbər verir.

"(Açıq Bazarda Əməliyyatlar üzrə - red.) Komitəsi uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, Komitə federal fondların dərəcəsi üzrə hədəf diapazonunu 3,75-4% -ə qaldırmaq qərarına gəldi", - deyə FES-in açıqlamasında deyilir.

Qeyd edilir ki, sözügedən qərarı Komitənin bütün üzvləri dəstəkləyiblər.