Fətullah Gülən ÖLDÜ

09:30 21.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Gülənə yaxın sosial media hesablarında məlumat yayılıb.

Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü bildirilir.

Fətullah Gülən 1941-ci ildə Ərzurumda anadan olub. O, 1999-cu ildən ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.