FHN Qızılağac Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

17:14 14.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qızılağac Milli Parkının Masallı rayonunun ərazisindən keçən hissəsində “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Milli Parkın əməkdaşları iştirak edib.

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.

Oxunma sayı 685