Fidanla Bayramov Naxçıvana hücumu müzakirə etdilər

17:02 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Hakan Fidan və Ceyhun Bayramov arasında telefon danışığı olub. 

Hafta.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. 

Məlumata görə, telefon danışığı zamanı İranın Naxçıvana hücumu müzakirə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.