Moskvanın Ramenski rayonunun Ostrovtsı kəndində yerləşən və Ginnesin Rekordlar Kitabına düşən “Fil evi” yenidən 74 milyon rubla (1 milyon 379 min manat) satışa çıxarılıb.
Hafta.az-ın yazdığına görə, bu unikal, 16 metr hündürlüyündə, dörd mərtəbəli bina hind üslubunda bəzəkləri və Ramayana elementləri ilə seçilir. 2009-cu ildə tikintisi başa çatan ev Hind memarlığına uyğun tikilib və o dövrdə böyük maraq doğurub. Lakin binanın tikintisi böyük ölçüdə başa çatsa da, daxili hissəsi istifadəsiz və boş qalıb.
Fasadda aparılan incə işlər başa çatdıqdan sonra layihə dayandırılıb və bina uzun müddət istifadəsizdir.
Hazırda alıcılar üçün böyük bir investisiya fürsəti təqdim etsə də, bu ev əhəmiyyətli təmir və inkişaf xərcləri tələb edir.
Evin sahibi Andrey satma səbəbini Moskvada yaşamadığını bildirməklə izah edir. O, əvvəllər evi 30 milyon rubla satmağa çalışsa da, həmin vaxt özünə alıcı tapa bilməyib. İndi qiymət 74 milyon rubla qədər artıb, lakin evin hələ də əhəmiyyətli investisiya tələb etdiyi bildirilir.
Reklam və mədəni turizm üçün nəzərdə tutulan, lakin istifadəyə verilə bilməyən fil evinin layihələndirilməsi və tikintisi memar Sergey Kozxurodur.