Filip Riker və Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

14:51 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Paşinyan və Riker Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eyni zamanda, regionda sabitlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.

Tərəflər 44 günlük müharibədən sonra yaranmış humanitar məsələləri də müzakirə edib.

Siyasət rubrikasından digər xəbərlər