Yazını böyüt
Yazını kiçilt
DÇ-2022-də 1/8 final mərhələsi davam edir.
Hafta.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb.
Qeyd edək ki, Niderland və Argentina artıq 1/4 finala yüksəliblər.
4 dekabr
Fransa - Polşa - 3:1
Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)