Fransa 2023-cü ildə ordu üçün mərmi alışını artıracaq

17:27 01.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu Senatda keçirilən dinləmələrdə bildirib ki, Paris 2023-cü ildə öz silahları üçün, ilk növbədə, Sezar özüyeriyən artilleriya qurğuları (AKS) üçün mərmi və raketlərin istehsalı üzrə sifarişlərin həcmini kəskin şəkildə artırmaq niyyətindədir. Bu barədə BFMTV məlumat yayıb.

“Bunu etmək üçün hərbi büdcə haqqında yeni qanunun qəbulunu gözləməyəcəyik. Biz Ukrayna təcrübəsini nəzərə alırıq və bunu davam etdirəcəyik”, - deyə o bildirib.

O qeyd edib ki, 2022-ci ilin iyulunda Sezar özüyeriyən silahları üçün 5000 ədəd 155 mm çaplı mərmi sifariş edilib. 2023-cü ilin martında Fransa hərbi texnika və silah istehsalçısı olan Nexter şirkətindən bu çaplı daha 16 min mərmi sifariş edəcək. Həmçinin “illik həcmi 15 min sursat olan 3 qlobal sifariş” veriləcək.