Fransa ANAMA-ya minatəmizləmə alətləri göndərib

13:22 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) minatəmizləmə prosesində istifadə olunan alətlər dəsti gönədrib.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter“də bildirib.

“Ötən həftə Fransa Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək yüksək keyfiyyətli 300-dən çox minatəmizləmə alətini ANAMA-ya təqdim edib”, - deyə bildirilib.