Fransa beynəlxalq hüququ və ədaləti tapdalayır - Politoloq

18:08 16.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa senatının qəbul etdiyi bu qətnamə bizim üçün təəccüblü deyil.

Bu fikirləri hafta.az-a YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Fransadan Ermənisanı dəstəkləyən belə qərarların II Qarabağ savaşından dərhal sonra verildiyini söyləyən A.Əsgərli, Fransanın erməni soyqırımını tanıması, onu inkar edənlərlə bağlı cəzaların tətbiq etməsi ilə bağlı qərarlara da diqqət çəkib.

“Fransa ATƏT-in Minsk Qrupunda həmsədrliyə başladığı müddətdə heç vaxt nə sülh danışıqlarında səmimi, tərəfsiz olub, nə də hər hansı bir beynəlxalq səviyyəli danışıqlarda, prosblemin sülh yolu ilə həllində beynəlxalq hüququ söykənən mövqe nümayiş etdirməyib. Hətta 44 günlük savaş zamanı Fransa prezidenti belə bir açıqlama vermişdi ki, biz Ermənistana daha çox dəstək verə bilərik, amma təəssüflər olsun ki, Qarabağ ərazisi beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınıb.  Bunlar onu göstərir ki, Fransa beynəlxalq hüququ və ədaləti tapdalayır. Heç bir hüquq normalarına sığmayan hərəkətləri ilə sözdə ədalətli, barışdırıcı tərəf kimi görünmək istəsə də, əslində ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Biz Makronun Praqa görüşündən dəhral sonra verdiyi bədnam açıqlamaları, Azərbaycanı, Türkiyəni hədələyən çıxışlarını da gördük. Bu da göstərir ki, Fransa əvvəldən özünün mövqeyini, Ermənistanı dəstəkləyən ampluasını ortaya qoyub.  Bu dövlət Ermənistanın cinayətlərinə, qanunsuzluqlarına həmrəy olduğunu nümayiş etdirir. Onun Azərbaycanın neft-qaz məhsullarını almamaq çağırışı da əhəmiyyətizidr. Avropa ölkələri, Avropa İttifaqına üzv olan ölkələr Azərbaycan qazını almaqda maraqlıdır. Azərbaycan qəti mövqe bildirib ədalətsizlik, beynəlxalq hüququa hörmətsiz yanaşan Fransa ilə heç bir prosesdə iştirak etməməlidir. Cənubi Qafqazda süh sabitliyinin təmin olunmasına Fransanın heç bir yeri yoxdur”.

Siyasət rubrikasından digər xəbərlər