“Fransa senatında Azərbaycana qarşı keçirilmiş konfransda ölkəmizə qarşı növbədi düşmənçilk, qarayaxma kampaniyası aparılıb. Heç şübhəsiz ki, bu konfransın heç bir mənası yoxdur”.
Hafta.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin bu günkü iclasında Fransa senatında Azərbaycana qarşı keçirilən konfransla bağlı bildirib.
M.Qasımlı qeyd edib ki, Azərbaycan -Ermənistan arasında sülhün qurulmasına maneə olan dövlətlər var. Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəmiz Fransanın gözünü kor edib. Bəzi beynəlxalq güclər Azərbaycan- Ermənistan arasında sülhün qurulmasına çalışdığı halda Fransa nifaq yaratmaqda davam edir.
“Erməni sakinlərinin Bakı ilə münasibətləri normallaşarsa, üçüncü tərəflərə ehtiyac yoxdur. Keçmişi ağır müstəmləkəçilik, soyqırımla dolu olan Fransa hakimiyyəti keçmişindən deyil, bu günündən də utanmalıdır. Fransa hakimiyyəti bilməlidir ki, Azərbaycanın daxili işlərinə qarışa bilməz”.