Fransa üçtərəfli görüşün nəticələrini alqışlayır - XİN

23:56 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün nəticələrini alqışlayır.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bundan əlavə, Fransa tərəfi Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyərək, bu dialoqa öz töhfəsini verəcəyini bəyan edib.

Oxunma sayı 139
Siyasət rubrikasından digər xəbərlər