Fransanın səhiyyə qurumu “Ansys” Avropada ilk dəfə olaraq iqlim dəyişikliyi səbəbiylə midge (ilan) həşəratlarının gəlişi ilə mal-qaralar üçün ölümcül ola biləcək epidemik hemorragik xəstəliyin monitorinqini apardığını bildirib.
Hafta.az-ın yazdığına görə, “Ansys”dən verilən məlumata görə, Avropada insanlara keçməyən bu viral xəstəliyin ilk halları 2022-ci ilin payızında İtaliyanın Sardiniya və Siciliya adalarında aşkar edilib. Bu xəstəlik İspaniyanın cənubundakı Əndəlusiya bölgəsində də qeydə alınıb.
“Ansys” bildirir ki, bu ölümcül xəstəlik mal-qarada qızdırma, iştahsızlıq, axsaqlıq və nəfəs darlığına səbəb olur.
Tədqiqatçı Stefan Zentara açıqlamasında "15 il əvvəl xəstəliyin bir gün Avropaya da çatacağını heç təsəvvür etməzdik. Onun yayılması iqlim dəyişikliyi ilə bağlıdır. Bölgəmiz midgelərin yaşaması üçün əlverişlidir” deyib.
Zentara əlavə edib: "Ən çox ehtimal olunan fərziyyə, qum milçəklərinin Aralıq dənizi boyunca külək tərəfindən daşınmasıdır".
Əasən iribuynuzlu mal-qara və ağ quyruqlu marallara təsir edən xəstəlik 1955-ci ildə ABŞ-da aşkar edilib. Midges tərəfindən ötürülən virus o vaxtdan Asiya, Avstraliya və Afrikaya yayıldı. Avropada da aşkar edilmiş bu virusa qarşı hələ də peyvənd yoxdur.