Fransada küçə divarında Makronun Hitlerə bənzər obrazı yaradıldı

12:15 04.04.2023
Yazını böyüt
Yazını kiçilt

Fransanın Avinyon şəhərində yerli rəssamlardan biri prezident Emmanuel Makronu faşist diktator Adolf Hitler kimi təsvir edən divar rəsmi çəkib.

Hafta.az-ın “Le Figaro”ya istinadən yazdığına görə, qrafika rəssamı Lekto prezident Makronu yanacaqdoldurma məntəqəsinin yaxınlığında beton divarda Hitler kimi təsvir edib. Müəllif prezidentə nasist diktatoruna bənzərlik verməli olan bığ çəkib və "49.3" rəqəmini qeyd edib. Bu rəqəm Makron hökumətinin qeyri-populyar pensiya islahatını parlamentdə təsdiqləmək üçün istifadə etdiyi konstitusiya dəyişikliyinin nömrəsini əks etdirir. 

Bundan əlavə şəkildən üzərində “Xeyr, təşəkkürlər” yazısı var.

Yerli prefekturadan bildirilib ki, ərazinin sahibi ilə söhbət zamanı onlar divar rəsmini mümkün qədər tez silməyə razılaşıblar.

Etiraz əlaməti olan şəkil artıq mediada müzakirə obyektinə çevrilib – məsələn, solçu partiya olan “Fəth olunmamış Fransa”nın nümayəndəsi televiziyada deyib ki, Makron Hitler deyil. amma Fransada vətəndaşların karikatura çəkmək hüququ var. İrqçilik və Antisemitizmlə Mübarizə Beynəlxalq Liqası onu bu şərhinə görə tənqid edərək bildirib ki, “düşməni iblisləşdirmək” cəhdləri pislənməlidir, əks halda bu, cəmiyyəti radikallaşdıracaq.

Bildirək ki, rəsmin müəllifi daha əvvəl də Makronun karikaturasını çəkib, onu yəhudi iqtisadçı Jak Attalinin kuklası kimi təsvir edib. Bunun üçün o, hələ də məhkəməni gözləyir, çünki divar rəsmləri antisemitizm kimi qəbul edildiyi üçün Attali məhkəməyə müraciət edib. Hüquq-mühafizə orqanları sənətçinin yeni etiraz rəsminə görə problemlə üzləşib-üzləşməməsi ilə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, Fransada pensiya islahatlarına qarşı etirazlar səngimir. Hökumət isə güzəştə getməyi planlaşdırmadıqlarını açıq şəkildə bəyan edib. 

Siyasət rubrikasından digər xəbərlər