Fransada təyyarə qəzası: ölənlər var

09:50 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın şimalındakı O-de-Frans bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb.

 

Hafta.az xəbər verir ki, bu barədə “Voix du Nord” qəzeti məlumat yayıb.

 

Məlumata görə, turizm təyyarəsi şənbə günü günortadan əvvəl Vambreşi kommunasında qəzaya uğrayıb. Qəza təyyarə Bondü aerodromundan havaya qalxdıqdan bir qədər sonra baş verib. Vambreşidə təyyarə yerli restoranlardan birinin yaxınlığında yerə düşüb.

 

“Təyyarədə Bezyedən olan bir ailə var idi, onlar dünən gəliblər və Belçikadakı qohumlarını görmək üçün uçurdular”, - deyə qəzet Vambreşinin meri Sebastien Bronyarın sözlərini sitat gətirib.

 

Yerli sakinlər, qəzetin qeyd etdiyi kimi, təyyarənin düşməzdən əvvəl mühərrikinin necə qeyri-adi bir "yüksək səs" çıxardığını eşitdilər.

Oxunma sayı 557