Fransanın Overne-Rona-Alpes bölgəsi Qarabağdakı ermənilər üçün humanitar karvan təşkil edir.
Bu barədə regionun rəhbəri Loran Voke martın 31-də İrəvanda Xankəndindəki separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" Sergey Qazaryanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Vauketin sözlərinə görə, karvan Fransanın erməni təşkilatları ilə birgə Overne-Rona-Alpes regionunun bayrağı altında təşkil olunacaq.
“Laçın dəhlizinə yaxınlaşacaq və biz azərbaycanlılardan onu buraxmağı tələb edəcəyik. Ya karvan keçəcək və biz kiçik bir ümid qapısı açacağıq, ya da keçməyəcək və bu, bizə Avropa təşkilatlarında insan hüquqlarının pozulması və hərəkət imperativi məsələsini yenidən gündəmə gətirməyimizə əsas verəcək”, - deyə Loran Voke vurğulayıb.