Fransanın daimi üzv kimi BMT-də iştirakı yolverilməzdir - Qulamhüseyn Əlibəyli

13:39 06.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezidentin  Qoşulmama Hərəkatının toplantısında çıxışı böyük əhəmiyyət daşıyır. Başqa xalqlara qarşı genosid cinayəti törədən və buna  gərə dünya birliyindən üzr istəməyən dövlət dünyanın ən böyük təşkilatının idarə olunmasında iştirak edə bilməz”.

Bunu hafta.az-a hüquqşünas Qulamhüseyn Əlibəyli Prezidentin Qoşulmama Hərəkatının toplantısında Fransa ilə baglı çıxışı və  bununla da Fransaya, eləcə də dünyaya verdiyi mesajların əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

Q.Əlibəyli hesab edir ki, Prezidentin toplantıda Fransa ilə bağlı fikirləri xüsusilə diqqətə alınmalıdır. Onun sözlərinə görə, Prezident haqlı olaraq Fransanın  vaxtilə genosid siyasət törətməsi faktını bir daha xatırladır və onun dünya birliyi qarşısında üzr istəməsi məsələsini qoyur.

“Hesab edirəm ki, bu məsələ gec -tez öz yerini tutmalıdır. Bir çox ölkələr törətdiyi cinayətlərə görə sonradan dünya miqyasında üzr istəyib və kompensasiya məsələsini ortaya qoyublar.  Fransa da bundan nəticə çıxarmalı, Afrika ölkələrində törətdiyi genosid cinayətlərinə görə  dünya birliyindən üzr istəməlidir”.

Q.Əlibəyli qeyd edib ki, Prezidentin verdiyi ikinci mesaj da elə birbaşa Fransa ilə əlaqələndirilə bilər. Onun sözlərinə görə, Prezidentin BMT-nin əhəmiyyətli dərəcədə reforma olunması ilə bağlı fikirləri də diqqətlə izlənməlidir.

“Rusiya-Ukrayna müharibəsi və ondan əvvəlki və sonrakı hadisələr onu göstərir ki, hazırda BMT beynəlxalq NATO rolunu oynaya bilmir. Ona görə də BMT-də isahatlar aparılmasına ciddi şəkildə ehtiyac var. O cümlədən Fransanın daimi üzv kimi BMT-də iştirakı yolverilməz hesab olunmalıdır”.