Fransanın dənizaşırı ərazisində silahlı zorakılıqlar artıb 

09:54 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın dənizaşırı ərazisi olan Martinikada konsert zamanı baş vermiş atışma nəticəsindən yaralananlar var.

Hadisə zamanı 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Antil adasının cənubunda yerləşən Rivier-Salee şəhərində 20-dək silahlı maskalı şəxs zala daxil olaraq atəş açıblar.

Qeyd edək ki, son vaxtlar Martinikada silahlı zorakılıqlar nəzərəçarpan dərəcədə artıb. Bu ilin əvvəlindən 25 nəfər öldürülüb ki, onlardan 20-si qətlə yetirilib.azərtac