“Fransanın özü diktatuta, insan haqlarının pozulduğu ölkədir” - Elşad Mirbəşir

18:36 27.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransa Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə formalaşan yeni geosiyasi reallıqları qəbul edə bilmir. Fransa öz uğursuzluqlarının, məğlubiyyətinin hirsini başqalarından çıxarmağa çalışır. Fransanın özü diktatuta, insan haqlarının pozulduğu ölkədir”.

Bunu hafta.az-a deputat Elşad Mirbəşir Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı bildirib.
E.Mirbəşir bir çox faktlarla Fransa hökumətinin mahiyyətini ortaya qoyub. Fransanın vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi üzərindən Cənubi Qafqazda destruktiv fəaliyyətlə məşğul olduğunu önə çəkib.

“Fransa hökuməti Azərbaycan ərazisindəki erməni separatçıları ilə sıx təmasda idi. Fransa hakimiyyət təmsilçiləri, senat üzvləri Qarabağa qeyri-qanuni səfərlər edirdilər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa düşmənçilik şəklini dəyişdi. Fransa parlamentində dəfələrlə ölkəmizə qarşı aşkar qərəzli müzakirələr təşkil olundu, qətnamələr qəbul olundu, separatçılara aşkar dəstək istəyi nümayiş edildi. Avropa təhlükəsizliyinə ən ciddi təhdid yaradan amillərdən biri məhz separatizm olsa da, Fransa Azərbaycan ərazisində dövlət səviyyəsində separatizmi dəstəkləyirdi və bunun davam etdirilməsinin zəruriliyini bildirirdi. Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi. Fransaya Cənubi Qafqazda manevr imkanları saxlamadı. Çünki Fransa Cənubi Qafqazda münaqişə, separatizm amili üzərindən öz təhlükəli maraqlarını gerçəkləşdirmək istəyirdi. Bu da region, regionun təhlükəsizliyi üçün çox təhlükəli idi. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi keçmiş münaqişə vəziyyətinin aradan qaldırılması deyil, əksinə, münaqişə vəziyyətinin qeyri-müəyyən müddətə saxlanılması istiqamətində fəaliyyət göstərirdi. Fransa münaqişəni idarə etməklə məşğul idi. Məqsəd ondan ibarət idi ki, müəyyən zaman keçdikdən sonra Azərbaycan torpaqlarının hüquqi statusunun dəyişdirilməsi imkanı yaransın. Fransanın siyasətinin mahiyyəti Azərbaycan torpaqlarını anneksiya edib Ermənistana birləşdirməkdən ibarət idi. Amma Azərbaycanın iradəsi, Prezidentin qətiyyəti, strateji baxışları sayəsində Cənubi Qafqazda destruktiv fəaliyyət imkanlarından məhrum oldu”.

E.Mirbəşir bu gün Azərbaycanın neokolonializmə qaşı mübarizə aparmaqda olduğunu deyib. O, Prezidentin fevralın 14-də andiçmə mərasimində dediyi fikirlərə istinad edərək, bildirdi ki, Azərbaycan bundan sonra da neokolonializmə qarşı mübarizə aparan dövlətlərin yanında daha qətiyyətlə yer alacaq.

Deputat Prezidentin çıxışına istinadla vurğulayıb ki, Azərbaycan müstəqil dövlətlərin, xalqların müstəqilliyinin ən fəal qoruyucularından biridir. O, bu məqsədlə Bakı Təşəbbüs Qrupunun yaradıldığını, problemlə bağlı müxtəlif müzakirlər kerçirildiyini, neokolnilizmlə mübarizə aparmaq istəyən dövlətlərin nümayəndələrinin Bakıya toplaşdığını və bu yöndə bütün imkanların toparlanaraq koordinasiya olunmasının müzakirə edilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Onun sözlərinə görə, bu prosesdə Yeni Kalidoniya əhalisi Azərbaycana çox böyük ümidlər bəsləyir.

“Fransa özünün imperialist siyasətinin sonunun gəldiyini hiss etməkdədir. Bu baxımdan Azərbaycanın hüquqları məhdudlaşdırılan, öz azadlıqlarını təmin etmək istəyində olan xalqların yanında olması Fransanı ciddi narahat edir. Ona görə də ölkəmizə qarşı hücumlarını davam edir, əsassız ittihamlar irəli sürürlər”.

E.Mirbəşir bildirib ki, insan hüquqlarının pozulduğu, demokratik prinsiplərə biganə yanaşıldığı ölkə elə Fransanın özdür. O, bu kontekstdə təkcə Parisdə etirazlar zamanı güc strukturlarının dinc etirazçılara qarşı hansı sərt addımları atmasını, sarı jiletlilərin etirazı zamanı neçə-neçə dinc etirazçının qətlə yetirilməsini, həbs olunması və xəsarət almasını qeyd edib.
“Eyni sözləri Yeni Kalidonyada baş verən etirazlarla bağlı demək olar. Bütün bunlar Fransanın mahiyyətini aydın şəkildə göstərir. Bu gün Fransa neokolonializm siyasətini aşkar göstərən ölkədir. Fransa müstəqil dövlətlərin, xalqların düşməni olduğunu hər addımda göstərir. Fransa başqa bir ölkə haqqında fikir söyləyərkən, yaxşı olardı ki, birinci özünə baxsın.”

Oxunma sayı 65