Yazını böyüt
Yazını kiçilt
Parisdə yerləşən “The Africa Intelligence” xəbər platforması tərəfindən verilən açıqlamada Efipiyanın paytaxtı Əddis Əbəbəyə ezam edilmiş Fransa vətəndaşı jurnalist Antuan Qalindonun fevralın 22-də saxlanıldığı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, açıqlamada qeyd olunub ki, həbs müddəti martın 1-dək uzadılan jurnalist xaos törətməyi planlaşdırmaqda ittihamlanıb.
Efiopiya hökuməti məsələ ilə bağlı açıqlama verməsə də, beynəlxalq qeyri-hökumət təşkilatları jurnalistin azadlığa buraxılmasına çağırıb.