Fuat Oktay Əli Əsədova təşəkkür məktubu ünvanlayıb

13:53 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.