Futbolçu Pike milyonlarla izləyicisni təhqir etdi: “Onlar cansız tobotlardır!”

11:00 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Herard Pike keçmiş xanımı Şakiradan ayrıldıqdan sonra sosial mediada ona qarşı yönələn reaksiyalardan danışıb. İspan jurnalist Jerar Romeronun YouTube proqramının qonağı olan Pike dünya şöhrətli müğənnini və onun pərəstişkarlarını tənqid edib.

Hafta.az-ın “Us Weekly”ə istinadən yazdığına görə, ayrılıqdan sonra sosial mediada yazılan tənqidlərin əvvəlcə ona pis təsir etdiyini bildirən futbol ulduzu, "İş o yerə çatıb ki, bəzi şeylərin mənə təsir etməsinə icazə versəm, özümü uçurumdan atardım" deyib. Reaksiyalara biganə qaldığını və psixi sağlamlığını qoruduğunu bildirən Pike sözlərini belə davam etdirib: “Mən cəmiyyətdə olanlardan çox məyusam. Sosial mediada milyonlarla azarkeşlərdən nə gələcəyini bilmirdim. Amma artıq bunların heç birinə əhəmiyyət vermirəm. Onları həqiqətən tanımıram - bu insanlar cansızdır. Niyə vecimə almalıyam, axı mən onlarla heç vaxt görüşməyəcəyəm. Onlar robotlardır, başa düşürsən, robotlar...", -Pike deyib.

"Barselona"nın keçmiş ulduzu bu açıqlamalarından sonra sosial mediada gündəm olub.

Şakira tvitlə Latın Amerikası ölkələrinin bayraqlarını paylaşıb: “Mən Latın Amerikalı olduğum üçün fəxr edirəm”.

Cütlüyün 11 illik münasibəti ötən il 35 yaşlı Pikenin 45 yaşlı Şakiranı aldatdığı üzə çıxanda sona çatıb. Pike ayrılıq xəbərindən az sonra 23 yaşlı yeni sevgilisi Klara Çia Marti ilə görüntülənib.