Futbolçuların pulunu mənimsəyən Erzana 216 ilədək iş kəsilə bilər

10:45 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Futbol ictimaiyyətinin məşhur adlarının dələduzluq yolu ilə aldadıldığına dair yeni təfərrüatlar ortaya çıxıb. İstanbul 41-ci Ağır Cəza Məhkəməsində açılan iddiada Seçil Ərzanın 216 il həbs cəzası istənilib.

Hafta.az-ın yazdığına görə, şikayətçilərdən Nurəddin Gözaçan bildirib ki, Ərzanın ona zəng edərək “banklarında zəngin və tanınmış şəxslərin sərmayə qoyduğu xüsusi bir fond” olduğunu deyib.

Gözaçan bildirib ki, Ərzanın masasında “Fatih Terim” imzalı sənədlər də görüb.

Ərzana 500 min dollar verən Gözaçan, zəlzələ faciəsindən sonra müttəhimin ona zəng etdiyini və ödənişlərdə gecikmələrin olacağını bildirib.

İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən hazırlanan iddianamədə bildirilir ki, müttəhim Ərzan bu üsulla futbolçulardan, iş adamlarından və müxtəlif peşə qruplarından şikayətçilərə yüksək gəlir gətirən etibarlı bir fond olduğunu, Fatih Terim və Hakan Atəş kimi tanınmış adların bu fonda daxil olduğunu bildirib. İddianamədə onun müştəriləri fonda pul yatırmağa razılaşdırdığı, lakin əslində belə bir fondun ümumiyyətlə olmadığı müəyyən edilib.

İttihamnamədə Ərzanın şikayətçilərin verdiyi pullarla bağlı saxta sənədlər hazırladığı, bu sənədlərin üzərinə bankın möhürü və yaş imzası vuraraq şikayətçilərə çatdırdığı, dələduzluq niyyəti ilə hərəkət etdiyi bildirilir.

Təqsirləndirilən Ərzanın “özəl sənədləri saxtalaşdırma” və “dələduzluq” cinayətlərinə görə 66 ildən 216 ilədək azadlıqdan məhrum edilməsi istənilir. Əzranla eyni dəstədə olan Əli Yörük, Kərəm Can, Hüseyn Əligül, Nazlı Can, Atilla Yörük və Asiyə Öztürk üçün isə 3 ildən 65 ilə qədər həbs cəzası tələb olunub.

Oxunma sayı 168