Füzuli rayonunda mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

13:54 07.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonunun Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 59