Füzuli Şəhəri Günü atəşfəşanlıqla başa çatdı

22:59 17.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb.

 

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda "Natiq" ritm qrupu və müğənni Murad Arifin Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub.

 

Tamaşaçılar ifaları hərarətlə qarşılayıblar. Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Oxunma sayı 175