Füzulidə 27 yaşlı gənc küçədə qətlə yetirildi

10:22 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Füzuli rayon Prokurorluğundan hafta.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 1640