Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanacaq

14:10 15.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli şəhərində təməli qoyulan peşə təhsili liseyinin layihələndirmə işi bitib, noyabr ayından tikinti işlərinə başlanılacaq.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 8 peşə təhsil müəssisəsi tikiləcək: "Verilmiş tapşırıq ondan ibarətdir ki, 8 peşə təhsil müəssisəsi tikilsin. Onların hər biri böyük həcmli komplekslər olacaq. Bunlardan birincisinin təməli cənab Prezident tərəfindən qoyulub. Bu, Füzulidə peşə təhsili liseyidir. Bu proseslə bağlı layihələndirmə işi bitdi. Noyabr ayından tikinti işlərinə başlanılacaq. İlin 4 ayı ərzində bitməsini proqnozlaşdırırıq. O cümlədən Şuşa şəhərində də növbəti mərhələdə bu proses gedəcək”.