Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

21:16 09.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Parakənd kəndində ümumi sahəsi 286 m² (hər mərtəbəsi 143 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 118 m² sahədə və bitişik ümumi sahəsi 52 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.