Gələn həftədən Azərbaycanda “Vaxzevria” peyvəndi də vurulacaq

14:50 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda "Vaxzevria” vaksini (İstehsalçı şirkət “AstraZeneca“) ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə tətbiq olunacaq.

Hafta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Qeyd edək ki, mayın 3-dən Azərbaycanda "Vaxzevria” vaksinin tətbiqinə başlanılır. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.