Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

23:11 25.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Arif oğlu döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

C.Ceyhunun hansı şəraitə bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.