Gəncə şəhərini sel basdı

10:00 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

 

Hafta.az xəbər verir ki, ötən gün axşam saat 22-i radələrindən yağan güclü yağış selə səbəb olub.

 

Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.

 

Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.(apa)