Gəncədə 38 yaşlı kişi meyiti tapılıb

15:16 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 2012