Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb

14:15 25.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü İsmayılov Alim Yuri oğlu bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Alim İsmayılov 9-cu sinif şagirdi olan tanışı, 2006-cı il təvəllüdlü Novruzov İsmayıl Ələs oğlu tərəfindən bıçaqlanıb. İ. Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxunma sayı 26