Gəncədə ağır qəza: 2 tələbə öldü, 1 nəfər yaralandı - YENİLƏNİB

13:34 29.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi "Priora" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

----------
09:09

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilə "Lada Priora" markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində "Lada Priora"da olan iki sərnişin ölüb, bir nəfər xəsarət alıb. İlkin məlumata görə, dünyasını dəyişənlər tələbələr olub.

DYP əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.