Gəncədə DYP avtomobili qəzaya düşüb

11:11 13.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Hadisə Bayraq meydanın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə yol polisinə məxsus "BMW" toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.