Yazını böyüt
Yazını kiçilt
Gəncədə məhbus özünə xəsarət yetirib.
Hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.
Orada saxlanılan, 1988-ci il təvəllüdlü Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.apa