Gəncədə zəncirvari qəza

23:51 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

Hafta.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ-2107", "Nissan" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanın vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparırılır.