Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Milli mədəniyyətimizin, adət-ənənələrimizin təbliği və qorunması istiqamətində beynəlxalq onlayn konfransların təşkili” layihəsi çərçivəsində üçüncü konfransını 04 noyabr 2020-ci ildə keçirilib.
Layihənin məqsədi xaricdə yaşayan, orada dünyaya gəlib formalaşan gənclərimizi, soydaşlarımızı, habelə, əcnəbiləri milli mədəniyyətimiz, incəsənətimiz, tarixi həqiqətlərimiz, adət və ənənələrimizlə tanış etmək, onlarda milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirmək, xarici lobbimizi formalaşdırmaqla ölkəmizi tanıtmaq və milli maraqlarımızı qorumaqdır.
Tədbirdə Gürcüstan Azerbaycanlıların İnteqrasiya Mərkəzinin gənclər üzrə koordinatoru Atif Abbasov, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosenti Nigar Axundov, Tarixşunas müəllimə Aybəniz Muxtarova, Tarix institutunun tarix üzrə fəlsəfə doktoru dosenti Nigar Axundova, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə təşkilatının İdarə Heyyətinin üzvü Həcər Mustafayeva
iştirak edərək mövzu haqqında ətraflı çıxış etdilər.
Xatırladaq ki, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də, gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxında iştirak edərək, bir çox layihələr həyata keçirib.