Goranboyda ağır qəza: ölənlər var

10:56 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Hafta.az-ın məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

 

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər xəsarət alıb.

 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev olub, həmçinin 2002-ci il təvəllüdlü X.Babayevə də həkimlər tərəfindən tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.Report