Göyçayda 6 otaqlı ev yanıb kül oldu

09:40 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.