Göygöldə 4 otaqlı ev yanıb

22:31 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Topalhəsənli kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 150 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.