Göygöldə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

09:38 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları
rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin
edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a
verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma
qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən
nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici
söhbətlər aparıb.


Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri
barəsində inzibati protokollar tərtib olunub.

Oxunma sayı 593