Güclü külək əsəcək - Xəbərdarlıq

11:56 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən hafta.az-a verilən məlumata görə, mayın 31-i gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 31-də qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.