Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hafta.az-a açıqlamasında bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:
“Eyni zamanda, gündüz saatlarında güclü şimal-qərb küləyi tədricən mülayimləşəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.