Yazını böyüt
Yazını kiçilt
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Hafta.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçilər arasında ilk medalçılar bəlli olub.
Azərbaycan idmançısı finalda münbarizə aparıb. 6️0️ kq-da güləşən Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.
Bu, yığmamızın turnirdə ilk qızıl medalı olub.