Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası davam edir. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndiməkdir.
Aksiya çərçivəsində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan imkansız ailələrə ərzaq məhsulları ilə yardım göstərilir.
Yardımı alanlardan Vəli Məmmədhəsən oğlu Məmmədov hafta.az-a bildirdi ki, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yaşayır.
Onun sözlərinə görə 80 yaşı var. İmkansız adamdır, maddi çətinliklər içərisində yaşayır: ”Heydər Əliyev Fonduna müraciət etdik. “Biz birlkdə güclüyük” aksiya çərçivəsində bizə yardım göndərilib. Biz sadə yaşlı adamlar prezidentin çağrışına qoşularaq evdə qalırıq. Bizə göstərilən maddi yarıma və eləcə də sağlamlığımızın keşiyində dayandıqlarına görə ölkə başçısı İlham Əliyev cənablarına və Heydər Əliyev Föndunun prezidenti Mehriban Əliyevaya ailəmiz adından öz minnətdarlığımızı bildiririk. Sağ olsun dövlətimizin rəhbəri, dünyanın bu ağır günündə bizi tək qoymadılar, xalqımızın yanındadırlar”.
Digər bir sakin Leyla Yusifova söylədi ki, tək yaşayır. Həyat yoldaşını itirib. Öğlu isə hərbi xidmətdədir:
”Heydər Əliyev Fondunun rəhbərliyi biz əsgər ailəsinin yanındadır. Vəziyyətimizi və maddi durumumuzu bilən kimi Fond öz yardım əlini bizə uzatdı. İndi gəllib yardımı alıram. Bizə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərıliyinə öz minnətdarlığımı bildirirəm”.
Zeynəb Sadiyeva, Camaləddin Camalov və başqa sakinlər önlara göstərilən maddi yardıma xə xalqımızın sağlamlığı keşiyində durduqlarına və onlara göstərilən qayğıya görə prezident İlham Əliyevə və Birinzi vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdar olduqlarını bildirdilər.
Suraxanı Rayon MKTB 68 saylı Mənzil Kommunal İstismar İdarəsinin mühəndisi Vüqar Məmmədov “Həftə içi”nə bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşlidə yaşayan imkansız adamlara yardım edilir:
”Bu günə kimi 95 ailəyə yardım göstərilib. Yaşlı və tənha adamların yardımlarını isə mənzillərinə aparırıq. Heydər Əliyev Fondu tərəfindən yardımlar mərhələli şəkildə davam edir. İmkanzız ailələrə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən də yüksək səviyyədə yardımlar edilir”.